Daha bir müraciəti gerçəkləşdirdik!
Vətən naminə canından keçən şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə diqqət və qayğı hər zaman ən ali vəzifəmizdir. Bu istiqamətdə həyata keçirilən növbəti tədbir olaraq, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşadığı şəhərin Camal Şahıyev küçəsindəki çoxmənzilli yaşayış binasının sakinlərinin müraciəti operativ şəkildə təmin olunmuşdur. Sakinlərin asudə vaxtlarını rahat keçirmələri üçün binanın həyətində yeni və müasir kölgəlik (bisetka) quraşdırılaraq istifadəyə verilmişdir.
Canlarını bu torpaq üçün fəda edən şəhidlərimizin əmanətlərinə və qazilərimizə xidmət etmək bizim üçün böyük şərəfdir !