Vətəndaş müraciəti əsasında görülən işlər davam edir!
Məlumat üçün bildirilir ki, vətəndaşların müraciəti əsas götürülərək, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının həyətində işıqlandırma işi həyata keçirilmişdir. Görülən tədbir nəticəsində ərazi tam şəkildə işıqlandırılmışdır.
Bu addım ərazidə təhlükəsizliyin və rahatlığın artırılmasına xidmət edir.